Püşk atıldı: Avropa kubokunda qadınlarda 3, kişilərdə 2 klubumuz mübarizə aparacaq

Həndbol komandalarımız yeni mövsümdə AHF Avropa kubokunda mübarizə aparacaqlar. Allsport.az saytı xəbər verir ki, yarışa 1/32 final mərhələsindən qatılacaq təmsilçilərimizin rəqibləri də artıq məlumdur.

İyulun 18-də Avstriyanın paytaxtı Vyanada atılan püşkün nəticələrinə görə, qadınlardan ibarət “Azəryol” Bosniya və Hersoqovinanın “ZRK Krivaja”, “Qarabağ” İspaniyanın “KH-7 BM Granollers”, “Kür” isə İtaliyanın “Jomi Salerno” komandası ilə qarşılaşacaq.

İlk oyunlar 23-24 sentyabrda keçiriləcək. Mərhələnin cavab görüşləri isə 30 sentyabr – 1 oktyabr tarixlərinə təyin olunub.

Püşk, kişilərdən ibarət “Azəryol” komandasına 1-ci mərhələdə üzləşəcək “Vinner of HC Amber” (Litva) – “SV Briksen Handball” (İtaliya) cütünün qalibini rəqib seçib. Digər təmsilçimiz “Kür” isə Xorvatiyanın “MRK Sesvete” kollektivi ilə mübarizə aparacaq.

İlk oyunlar oktyabrın 14-ü və 15-də, cavab matçları 21-22 oktyabr tarixlərində olacaq.

Həmin kateqoriyadan