- Baxış sayı: 39
- 22 Mart 2026 15:50
- Baxış sayı: 255
- Mart 22, 2026
- 0

Azərbaycan premyer liqasında 2025/2026 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Allsport.az xəbər verir ki, mərasim iyulun 18-də “Alov qüllələri” kompleksinin “Üzeyir Hacıbəyli zalı”nda baş tutacaq.
Saat 15:00-da başlanacaq tədbir “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Premyer liqanın yeni mövsümü avqustun 15-də start götürəcək.