Pyaniç karyerasını sonlandırdı

“Yuventus” və “Barselona”nın sabiq ulduzu Miraləm Pyaniç 35 yaşında peşəkar futbolçu karyerasını başa vurduğunu rəsmən açıqlayıb.

Allsport.az xəbər verir ki, son olaraq Moskvanın MOİK klubunda çıxış edən bosniyalı yarımmüdafiəçi bundan sonra diqqətini ailəsinə ayıracağını bildirib. Hazırda Dubayda yaşayan Pyaniç müsahibəsində artıq futbolçu deyil, övladı üçün bir ata kimi vaxt keçirdiyini və bunun onun üçün prioritet olduğunu qeyd edib.

Karyerası ərzində “Roma”, “Beşikdaş” və “Şarja” kimi klublarda da oynamış Miraləm 4-qat İtaliya çempionu olmuş və çempionlar liqasının rəmzi komandasına seçilmişdir.

Həmin kateqoriyadan