- Baxış sayı: 62
- 04 Dekabr 2025 21:18
- Baxış sayı: 155
- Dekabr 05, 2025
- 0
“Qəbələ” Avropa Liqasının birinci təsnifat mərhələsinin “Samtredia” ilə ilk oyununun Bakıdakı hazırlıqlarına start verib. Allsport.az saytı xəbər verir ki, iyunun 26-da Gürcüstan toplanışını başa vurub, Bakıya qayıdan “qırmızı-qaralar” bu gün növbəti məşqinə çıxıb.
Çalışmaları ara verməyən Roman Qriqorçukun komandası günün ilk yarısına təsadüf edən hazırlığı paytaxtda baş tutub. AzDBTİA stadionundakı çalışmalarda futbolçular bərpaedici hazırlıq keçib. Komanda növbəti məşqini sabah günün ikinci yarısında keçirəcək.