- Baxış sayı: 26
- 07 Dekabr 2025 13:07
- Baxış sayı: 230
- Dekabr 05, 2025
- 0

“Qəbələ” 3 futbolçu ilə rəsmən vidalaşıb. Allsport.az saytı xəbər verir ki, 2017-ci ilin yayından “Qəbələ”də çıxış edən Stiven Monroz iki mövsüm ərzində komandamızın heyətində keçirdiyi 62 matçda 20 qol vurub.
O, premyer liqada 47 (15 qol), Azərbaycan kubokunda 9 (3), qitə liqasında 6 (2) qarşılaşmada iştirak edib. 29 yaşlı fransalı hücumçu ölkə çempionatının gümüş mükafatçısı, kubokun qalibi və finalçısı olub.
Lalavele Atakora və Sabien Lilay komandaya 2018-ci ilin yayında qoşulublar. Onların hər ikisi 29 matça çıxıb ki, bunlardan 23-ü çempionat, 4-ü kubok, 2-si Avropa liqasına təsadüf edib. Atakoranın hesabında premyer liqada 1 qol var.