FOTO
“Qəbələ” Almaniya klubu ilə heç-heçə etdi

“Qəbələ”nin əvəzedici komandası Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışında ikinci yoxlama oyununu keçirib. Allsport.az xəbər verir ki, ilk sınağında Qazaxıstanın “Tobol” klubunun əvəzediciləri ilə üz-üzə gələn (0:2) Luis Araqonun komandası bu dəfə Almaniya 5-ci divizionunda mübarizə aparan “Freyberq”lə qarşılaşıb.

Matç 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Komandamız oyuna qara sarğı ilə çıxıb.

Qarşılaşmada daha üstün olan “Qəbələ” ikinci hissənin əvvəlində – 50-ci dəqiqədə Ehtiram Şahverdiyevin qolu ilə hesabi açsa da, qələbəni qoruya bilməyib. Rəqib 70-ci dəqiqədə status kvonu bərpa edib. Bu matçda vurulan son qol olub və əvəzedicilər Antalyadakı ikinci sınaqdan heç-heçə (1:1) ilə ayrılıblar.

Həmin kateqoriyadan