- Baxış sayı: 31
- 31 Mart 2026 19:37
- Baxış sayı: 735
- Mart 30, 2026
- 0
24 oktyabrda gənclər liqasında “Qəbələ” – APOEL (Kipr) oyununa təyinatlar bilinib. Allsport.az saytı xəbər verir ki, baş hakimi ukraynalı Denis Şurman olacaq. Ona həmyerliləri Valentin Kutsev və Vladimir Korotin laynsman, azərbaycanlı Vüqar Həsənli 4-cü hakim qismində kömək edəcəklər.
AFFA hakimlər komitəsinin sədri Fritz Ştuxlik hakim-inspektor, israilli Əmir Navon UEFA nümayəndəsi qismində Qəbələyə yollanacaqlar. Bu komandalar arasında ilk görüşdə qalib müəyyənləşməyib – 1:1.