- Baxış sayı: 62
- 04 Dekabr 2025 21:18
- Baxış sayı: 150
- Dekabr 05, 2025
- 0

Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçisi “Qəbələ” öz meydanında Fransanın “Lill” klubunu qəbul edib.
Səfərdə bu rəqibi ilə 1:1 hesablı heç-heçəyə nail olan Roman Qriqorçukun komandasına pley-offa çıxmaq üçün qolsuz heç-heçə də bəs edirdi.
Amma ölkə çempionatının bürünc mükafatçısı 34-cü dəqiqədə Filip Ozobiçin dəqiq zərbəsi sayəsində oyunu sonadək xeyrinə daşıyıb və ardıcıl 2-ci dəfə Avroliqanın pley-ofuna çıxıb.