- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Qəbələ” Avropa Liqasının pley-off mərhələsinin ilk oyununun hazırlığına start verib. Allsport.az saytı xəbər verir ki, avqustun 18-də Sloveniyanın “Maribor” klubunu qəbul edəcək “qırmızı-qaralar” Bakıda məşq keçib. Premyer Liqanın 2-ci turunun ayın 12-də “İnter”lə keçirilən qarşılaşmasından (0:0) sonra hazırlıqlara ara verməyən komandamız günün ikinci yarısında məşqə çıxıb. Hazırlıq prosesinə yalnız “İnter”lə görüşdə meydana çıxmayanlar qatılıb. Onlar hazırlıq prosesində toplu çalışmalarla məşq edib. Son matçın iştirakçılarına isə bir günlük istirahət verilib.
“Qəbələ” növbəti məşqini sabah keçirəcək. Paytaxtdakı hazırlıqda futbolçular iki qrupa bölünəcək. “İnter”ə qarşı oynamayanlar yenə yaşıl meydanda məşq edəcək, digərləri bərpaedici hazırlıq keçəcək.
Xatırladaq ki, avqustun 18-də keçiriləcək “Qəbələ” – “Maribor” oyunu “Dalğa Arena”da baş tutacaq. Oyun saat 21:00-da başlayacaq.