“Qəbələ” “Borussiya” ilə matça istirahətsiz hazırlaşır

“Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin “Borussiya” (Dortmund, Almaniya) ilə oyununa hazırlıqlarını davam etdirir. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” 3-cü tur çərçivəsində keçiriləcək qarşılaşmaya Bakıda hazırlaşır.

Topaz Premyer Liqasının 8-ci turunun oktyabrın 17-də “Neftçi”yə qarşı paytaxtda keçirilən oyunundan sonra istirahətə buraxılmayan komanda iki gün ADBTİA stadionunda məşq edib. Paytaxtdakı oyunun ertəsi fiziki hazırlıqla kifayətlənən futbolçuların dünənki məşqi iki qrupda gerçəkləşib.

“Neftçi” ilə qarşılaşmanın iştirakçıları hazırlığı fiziki çalışmalarla yekunlaşdırıbsa, həmin oyunda meydana çıxmayanlar ardınca topla da məşq edib. Komandanın bu günə planlaşdırılan hazırlığı da paytaxtda baş tutacaq.
Xatırladaq ki, “Qəbələ” – “Borussiya” oyunu oktyabrın 22-də keçiriləcək. Matç Bakıdakı “Bakcell Arena”da baş tutacaq. Qarşılaşmanı xorvatiyalı hakimlər briqadası idarə edəcək. Baş hakim funksiyasını 38 yaşlı İvan Bebek yerinə yetirəcək.

UEFA Avropa Liqası
Qrup mərhələsi
3-cü tur, 22 oktyabr
C qrupu

20:00. “Qəbələ” – “Borussiya” (Dortmund, Almaniya)
Baş hakim: İvan Bebek (Xorvatiya)
Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Qrqiç (hər ikisi Xorvatiya)
Əlavə köməkçi hakimlər: Mariyo Strahonya, Qoran Qabrilo (hər ikisi Xorvatiya)
Dördüncü hakim: Qoran Pataki (Xorvatiya)
UEFA nümayəndəsi: Filipp Prudon (Fransa)
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)
Bakı. “Bakcell Arena” stadionu

Həmin kateqoriyadan