- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün Avropa Liqasında qrup mərhələsinin üçüncü turunun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən “Qəbələ” də qrupdakı növbəti oyununa çıxıb.
Bölgə təmsilçisi doğma meydanda Almaniyanın “Borussiya” (Dortmund) klubu ilə qarşılaşıb. Roman Qriqorçukun komandası qrupdan çıxmaq şanslarını yaxşılaşdırmaq üçün Avropa nəhəngi ilə qarşılaşmada sensasion nəticəyə imza atmağa borcluydu. Amma təəssüf ki, “Qəbələ” bu çətin vəzifənin öhdəsindən gələ bilməyib və meydanı böyük hesablı məğlubiyyətlə tərk edib.
Bu gün “Qəbələ”nin yer aldığı qrupun digər oyununda “Krasnodar” (Rusiya) səfərdə PAOK-un (Yunanıstan) qonağı olacaq.
UEFA Avropa Liqası
C qrupu
3-cü tur
22 oktyabr
“Qəbələ” – “Borussiya” – 1:3 (0:2)
Qollar: P.Obameyanq, 31 (0:1). P.Obameyanq, 38 (0:2). P.Obameyanq, 72 (0:3). Dodo, 90+3 (1:3).
Sarı vərəqə: S.Papastatopulos, 47. V.Stankoviç, 69. S.Bender, 83. S.Zərgərov, 86.
Baş hakim: İvan Bebek (Xorvatiya).
Bakı. “Bakcell Arena”.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 14. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 10. Dodo (k), 19. Aleksey Qay, 88. Derlis Meza Kolli (6. Rəşad Sadiqov, 83), 9. Sergey Zenyov (7. Ermin Zets, 79), 32. Fakundo Pereyra (66. Samir Zərgərov, 60), 69. Aleksey Antonov.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 8. Məhəmməd Mirzəbəyov, 34. Ürfan Abbasov, 4. Elvin Camalov.
Baş məşqçi: Roman Qriqorçuk.
“Borussiya”: 1. Roman Vaydenfeller, 3. Park Joo Ho (29. Marsel Şmeltser, 69), 15. Mats Hummels (k) (26. Lukaş Pişçek, 63), 25. Sokratis Papastatopulos, 28. Mattias Ginter, 33. Yulian Vayql, 7. Yonas Hofmann, 8. İlkay Gündoğan (6. Sven Bender, 63), 11. Marko Roys, 23. Şinji Kaqava, 17. Pyer-Emerik Obameyanq.
Ehtiyat oyunçular: 38. Roman Bürki, 9. Adnan Yanuzay, 27. Qonsalo Kastro, 20. Adrian Ramos.
Baş məşqçi: Tomas Tuxel.