- Baxış sayı: 39
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 132
- Noyabr 28, 2024
- 0
Beynəlxalq idman araşdırmalar mərkəzi (CIES) 21 yaşadək futbolçulara ən çox güvənən klubların adını açıqlayıb. Allsport.az xəbər verir ki, ölkəmizdə gənc futbolçulara ən çox fürsət verən “Qəbələ” klubudur.
Əyalət təmsilçisində 21 yaşadək olan futbolçulara orta hesabla 10,4 faiz oynamaq fürsəti verilib.
2-ci sırada 9,5 faizlə “Qarabağ” klubu yer alıb. İlk üçlüyü 7,6 faizlə “Sabah” klubu tamamlayır. “Sumqayıt” (5,4 faiz) 4-cü, “Keşlə” (4,1) 5-ci, “Neftçi” (4) 6-cı, “Zirə” (3,7) 7-cidir.
Premyer liqada gənclərə ən az güvənən klub 1,5 faizlə “Səbail”dir.