“Qəbələ” Azərbaycanı Dortmundda biabır etdi: erməni futbolçu da qol vurdu

Bu gün Avropa Liqasında qrup mərhələsinin dördüncü turunun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən “Qəbələ” də qrupdakı növbəti oyununa çıxıb.

Komandamız səfərdə Almaniyanın “Borussiya” (Dortmund) klubunun qonağı olub. Doğma meydanda bu rəqibinə 1:3 hesabıyla uduzmuş qəbələlilər səfərdə möcüzəyə ümid edirdilər. Amma bu möcüzə baş verməyib və komandamız meydanı 4 cavabsız qolla məğlub tərk edib.

Bu gün qrupun digər oyununda “Krasnodar” (Rusiya) doğma meydanda PAOK-u (Yunanıstan) qəbul edib. Rusiya təmsilçisi doğma meydanda 2:1 hesabıyla üstün olublar.

UEFA Avropa Liqası
“C” qrupu
4-cü tur, 5 noyabr

“Borussiya” – “Qəbələ” – 4:0 (2:0)
Qollar: M.Roys, 28 (1:0). P.E.Obameyanq, 45 (2:0). S.Zenyov, 67-öz qapısına (3:0). H.Mxitaryan, 70 (4:0).
Sarı vərəqə: V.Vernidub, 8. S.Bender, 14. E.Camalov, 86. S.Zərgərov, 90+3.
Baş hakim: Sebastyen Delferyer (Belçika)
Dortmund. “Siqnal İduna Park”.

“Borussiya”: 1. Roman Vaydenfeller, 15. Mats Hummels (k), 26. Lukaş Pişçek, 28. Mattias Ginter (8. İlkay Gündoğan, 62), 29. Marsel Şmeltser, 33. Yulian Vayql, 6. Sven Bender, 10. Henrix Mxitaryan, 11. Marko Roys (9. Adnan Yanuzay, 46), 27. Qonsalo Kastro, 17. Pyer-Emerik Obameyanq (20. Adrian Ramos, 68).
Ehtiyat oyunçular: 38. Roman Bürki, 3. Park Joo Ho, 4. Neven Subotiç, 23. Şinji Kaqava.
Baş məşqçi: Tomas Tuxel.
“Qəbələ”: 33. David Petrkeviç, 3. Voyislav Stankoviç, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 44. Rafael Santos, 10. Dodo (k), 19. Aleksey Qay, 88. Derlis Meza Kolli (4. Elvin Camalov, 76), 9. Sergey Zenyov (66. Samir Zərgərov, 86), 69. Aleksey Antonov (32. Fakundo Pereyra, 68).
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 8. Məhəmməd Mirzəbəyov, 5. Georgi Floresku, 6. Rəşad Sadiqov.
Baş məşqçi: Roman Qriqorçuk.

Həmin kateqoriyadan