- Baxış sayı: 72
- 24 Mart 2026 15:23
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Qəbələ” klubu heyətini fransalı futbolçu ilə gücləndirir. Allsport.az xəbər verir ki, “qara-qırmızılar” fransalı hücumçu Baqali Dabo ilə müqavilə imzalayacaq. 27 yaşlı futbolçu bu gün Azərbaycana gələcək və onun 2-illik anlaşmaya qol çəkməsi nəzərdə tutulur.
Qeyd edək ki, Dabo həm Fransa, həm də Seneqal vətəndaşıdır. O, futbolçu karyerası ərzində Fransanın “İstres” və “Kretey” klublarında forma geyib.