“Qəbələ” – “Krasnodar” matçı rumınlara həvalə olundu

Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində “Qəbələ” ilə Rusiyanın “Krasnodar” klubu arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb. Allsport.az xəbər verir ki, UEFA bu qarşılaşmanı Rumıniyadan olan hakimlərə tapşırıb.

Qarşılaşmanın baş hakimi İştvan Kovaç təyin olunub. Ona yan xətt hakimləri Mikloş Naqu, Vasile Marinesku kömək edəcək. Dördüncü hakim funksiyasını isə Mihay Arten yerinə yetirəcək.

Qeyd edək ki, “Qəbələ” – “Krasnodar” matçı dekabrın 10-da Bakıda keçiriləcək və saat 22:00-da start götürəcək.

Həmin kateqoriyadan