- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Qəbələ” Avropa Liqasının 2-ci ələməsinin hazırlığına start verib. Allsport.az saytı xəbər verir ki, ilk mərhələdə “Samtredia” ilə Gürcüstanda keçirilən cavab oyununun (1:2) ardından bir günlük istirahətə buraxılan “qırmızı-qaralar”, məşqlərini iyulun 9-da bərpa edib. Macarıstanın MTK klubu ilə görüşün hazırlığının ilk günündə komanda bir məşqlə kifayətlənib.
Günün ikinci yarısına təsadüf edən məşq prosesi Bakıda baş tutub. Paytaxtdakı məşq zamanı futbolçular fərqli qruplara bölünüblər. “Samtredia” ilə görüşün iştirakçıları bərpaedici məşqlə kifayətləniblərsə, digər oyunçular toplu çalışmalara üstünlük verib. Macarıstan klubu ilə qarşılaşmanın hazırlığını davam etdirəcək “Qəbələ” bu gün iki məşq keçirəcək. Əvvəl fiziki hazırlığa üstünlük verəcək komanda ikinci məşqində topla çalışacaq.
Xatırladaq ki, ilk oyun iyulun 14-də Dyer şəhərində keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.