- Baxış sayı: 28
- 24 Noyabr 2024 22:41
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Topaz Premyer Liqasının sabah keçiriləcək 35-ci turunda istirahət edəcək “Qəbələ yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, mövsümün sonuncu – 36-cı turunun “Bakı” ilə ev oyununa hazırlaşan “qırmızı-qaralar” bu matçı da doğma meydanda keçirib.
Roman Qriqorçukun komandası 1-ci divizionun qalibi “Neftçala”nı sınağa çəkib. “Qəbələ” bu görüşə aşağıdakı start heyətlə başlayıb: Dmitri Bezotosnı, Mixail Sivakov, Bəxtiyar Soltanov, Rafael Santos, Ürfan Abbasov, Elvin Camalov, Aleksey Qay, Rəşad Sadiqov, Cavid Hüseynov, Ruslan Fomin, Viktor Mendi.
Qarşılaşmanın gedişində Ruslan Tağızadə, Pavol Farkaş, Aleksandru Benqa, Ehiosun Ekiqo, Sadiq Quliyev, Qismət Alıyev, Ramil Həsənov, Yusif Nəbiyev və Roman Hüseynov da meydana daxil olublar. Görüşdə hesab ilk hissədə açılıb. Sivakov 13-cü dəqiqədə “Qəbələ”nin ilk qoluna imza atıb. “Qırmızı-qaralar” fasilədən sonra daha məhsuldar oyun nümayiş etdirib. 52-ci dəqiqədə Mendi, 4 dəqiqə sonra Ekiqo fərqlənib. Matçda son nöqtəni isə 90+3-cü dəqiqədə Ramil Həsənov qoyub – 4:0.
I divizion təmsilçisi üzərində böyükhesablı qələbə qazanan “Qəbələ” bu gün növbəti məşqinə çıxıb, ardınca bir günlük istirahətə buraxılacaq. “Qırmızı-qaralar” Premyer Liqanın 36-cı turunun hazırlıqlarını mayın 23-də bərpa edəcək.