- Baxış sayı: 33
- 28 Noyabr 2024 19:10
- Baxış sayı: 92
- Noyabr 28, 2024
- 0
Məlum olduğu kimi, “Qəbələ”nin futbolçusu Samir Qurbanov Çex Respublikasının “Viktoriya” (Jijkov) klubuna keçib. Allsport.az saytı xəbər verir ki, “qara-qırmızılar” rəsmən bu transferi açıqlayıb və yetirməsinə uğurlar arzulayıb:
“18 yaşlı Samir Qurbanov bu gün “Viktoriya” (Jijkov) klubu ilə müqavilə imzalayıb. O, qarşıdakı iki il ərzində icarə əsasında Praqa təmsilçisinin şərəfini qoruyacaq. Klublar arasındakı razılaşmaya əsasən, icarə müddətində “Viktoriya” “Qəbələ”yə ödəniş etməklə futbolçunun transfer hüququna tam sahib ola bilər. Həmçinin, Samir Qurbanovun gələcəkdə satışından klubumuz 20 % əlavə gəlir əldə edəcək.
Qeyd edək ki, gənc futbolçu 11 yaşından “Qəbələ”də çıxış edib, müxtəlif yaş qrupları üzrə çempionatların qalibi, mükafatçısı olub. Başa çatan mövsümdə gənclər liqasının qalibi və bombardiri olmaqla yanaşı, “Qəbələ”nin əsas heyətində də debüt edib. Moldovanın “Şerif” və Almaniyanın “Herta” klublarına qarşı oyunlarda özünü yaxşı tərəfdən göstərib. Yetirməmizə yeni klubunda uğurlar arzu edirik”.