- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Tiflisdə təlim-məşq toplanışında olan “Qəbələ” iyunun 16-da start verdiyi hazırlıqlarını başa vurub. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” toplanışı 3-cü yoxlama oyunu ilə yekunlaşdırıb. Roman Qriqorçukun komandası son gündə Bolnisinin “Sioni” klubu ilə üz-üzə gəlib. İyunun 22-də rəqibini 4:0 hesabı ilə məğlub edən “Qəbələ” bu dəfə qollu heç-heçə ilə kifayətlənib (1:1).
Oyundan sonra komanda Bakıya qayıdıb. Xatırladaq ki, UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubu ilə görüşəcək “Qəbələ” qonşu ölkədə 3 yoxlama matçı keçirib. “Qırmızı-qaralar” “Sioni”ylə qarşılaşmalaradək (4:0, 1:1) Qorinin “Dila” klubu ilə (2:0) üz-üzə gəlib.