“Qəbələ” ukraynalı futbolçu ilə gücləndi

2015/16 mövsümünün hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. Allsport.az xəbər verir ki, Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov və Samir Zərgərovu heyətinə qatan “qırmızı-qaralar” ilk legioner transferini reallaşdırıb.

“Qəbələ” ukraynalı futbolçu Vitali Vernidubla 1 illik müqavilə imzalayıb. Müdafiəçi artıq Ərzurumda komanda ilə məşqlərə qatılıb. 28 yaşlı mərkəz müdafiəçisinin son klubu vətənində Luqansk “Zarya”sı olub. O, 2012-ci ildən “Qəbələ”yə keçənədək bu komandada çıxış edib.

Ucaboy (194 sm) müdafiəçi bunadək yetirməsi olduğu Zaporojye “Metallurq”unun şərəfini qoruyub. 2004-2006-cı illərdə klubun 2-ci, 2007-2012-ci illərdə əsas komandasının formasını geyinən Vernidub 2007-ci ildə icarə əsasında “Krivbass”da çıxış edib. Ukraynanın U-18, U-21 yığmalarında çıxış etmiş arxa xətt oyunçusu 2014-cü ildə ölkəsinin əsas millisində debüt edib.

Həmin kateqoriyadan