- Baxış sayı: 40
- 22 Mart 2026 15:50
- Baxış sayı: 277
- Mart 22, 2026
- 0

Dekabrın 14-də Nyonda Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılacaq. Allsport.az xəbər verir ki, artıq püşkatma ərəfəsində hansı klubların səpələnmişlər, hansıların səpələnməmişlər qrupunda yer alacağı bəllidir.
Azərbaycan təmsilçilərindən “Qəbələ”nin qrup mərhələsində rəqibi olmuş Rusiya “Krasnodar”ı səpələnmişlər səbətinə düşübsə, Dortmund “Borussiya”sı (Almaniya) səpələnməmişlər səbətində yer alıb.
“Qarabağ”ın qrupunu vahid lider kimi tamamlayan İngiltərə “Tottenhem”i də səpələnmişlər sırasındadır. Belçika “Anderlext”i isə səpələnməmişlər səbətində qərarlaşıb.
Səpələnmişlər: “Molde”, “Liverpul”, “Krasnodar”, “Napoli”, “Rapid” (Vyana), “Braqa”, “Latsio”, “Lokomotiv” (Moskva), “Bazel”, “Tottenhem”, “Şalke”, “Atletik”, “Mançester Yunayted”, “Bayer”, “Olimpiakos”, “Portu”.
Səpələnməmişlər: “Fənərbağça”, “Sion”, “Borussiya” (Dortmund), “Midtyulland”, “Vilyarreal”, “Olimpik”, “Sent-Etyen”, “Sportinq”, “Fiorentina”, “Anderlext”, “Sparta”, “Auqsburq”, “Şaxtyor”, “Qalatasaray”, “Sevilya”, “Valensiya”.