- Baxış sayı: 22
- 31 Mart 2026 16:26
- Baxış sayı: 694
- Mart 30, 2026
- 0

2021-2022-ci illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” yay fasiləsində ilk legioner transferini reallaşdırıb.
Kamerunlu qapıçı Kristof Atanqana-Assimba ilə 2 illik müqavilə imzalanıb.
İspaniya vətəndaşlığı da olan 21 yaşlı qolkiper peşəkar karyerasını bu ölkənin klublarında keçirib. Kristof Bilbao “Atletik”i, “Baskoniya”, “Leyoa”, “Somorrostro”, “Arenas de Qetxo” klublarının formasını geyinib.
“Qəbələ” Atanqana-Assimbaya qədər Urfan Abbasov, Məqsəd İsayev və Nicat Mehbalıyevi heyətinə qatıb.