- Baxış sayı: 38
- 27 Mart 2026 20:40
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Avqustun 11-də Qəbələdə “Qafqaz Sport” mehmanxanasında MMA üzrə ilk peşəkar Azərbaycan liqasına start veriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda 12 döyüş keçiriləcək və bunun 4-ündə “Qəbələ” idman klubunun üzvləri iştirak edəcəklər.
Döyüşlərə yerlilərlə yanaşı, İran və Rusiya idmançıları da qatılacaqlar. Tədbirdən bir gün öncə “Qəbələnd” istirahət mərkəzində saat 18:00-da təqdim etmə olacaq.