- Baxış sayı: 607
- 27 Noyabr 2025 13:51
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

Noyabrın 21-də bu ilin “İdman paytaxtı” Qəbələ şəhərində IV idman festivalının açılış mərasimi keçirilib. Allsport.az xəbər verir ki, mərasim dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Heydər Əliyev parkında təşkil olunan festival çərçivəsində badminton, cüdo, kamandan oxatma, qılıncoynatma, qış idman növləri, stolüstü tennis, triatlon, voleybol, basketbol, reqbi, gimnastika, avarçəkmə, atletika, boks, taekvondo, velosiped idmanı, həndbol, atıcılıq, tennis, üzgüçülük, ağırlıqqaldırma, alpinizm, futbol və güləş idman növlərinin nümayişi olub.
Tədbirdə Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev və gənclər və idman naziri Fərid Qayıbov çıxış ediblər. Mərasim bədii hissə ilə davam edib.
Festivalın əvvəlki günlərində Şəkidə maarifləndirici fəaliyyətlər, müxtəlif intellektual oyunlar, film nümayişləri və 2025-ci ilin “Konstitusiya və suverenlik ili” çərçivəsində Ana Yasa mövzusunda təlimlər keçirilib.
Festivalda 24 federasiyanı təmsil edən 104 idmançı iştirak edir.