- Baxış sayı: 42
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Antalyada hazırlıqlarını davam etdirən “Qəbələ” toplanış çərçivəsində 6-cı yoxlama oyununu keçirib. Allsport.az xəbər verir ki, sözügedən komanda Macarıstanın yüksək liqasında çıxış edən “Haladaş” klubu ilə qarşılaşıb.
“Qəbələ” “Haladaş” önünə aşağıdakı heyətlə çıxıb: 1. Kamran Ağayev (22. Dmitri Bezotosnı), 15. Ruslan Abışov (87. Bəhlul Mustafazadə), 12. Aleksandru Benqa, 16. Ruslan Tağızadə (13. Murad Musayev), 25. Adrian Ropotan, 5. Sadiq Quliyev, 17. Qismət Əliyev (23. Emin Zamanov), 32. Mixail Sivakov, 90. Ekiqo Ehiosun, 99. Tellur Mütəllimov, 9. Viktor Mendi (27. Bəxtiyar Soltanov).
Ehtiyat oyunçular: 4. Elvin Camalov, 8. Markinyoş.
“Qəbələ”nin Macarıstan təmsilçisi ilə görüşü qarşılıqlı hücumlarla başlasa da, “qırmızı-qaralar” üstünlüyü ələ ala bilib. Bu ərazi üstünlüyü ilk hissənin ortalarında bəhrəsini verib. Belə ki, qarşılaşmanın 27-ci dəqiqəsində Viktor Mendi komandasının təşkil etdiyi hücumu dəqiq zərbə ilə tamamlayıb – 1:0. Bundan sonra “Haladaş” bərabərlik qolu üçün irəli atılsa da, “Qəbələ” üstünlüyü əldən verməyib. Roman Qriqorçukun əvəzetmələrindən sonra da, oyunun axarı dəyişməyib. Meydana nisbətən gənc oyunçular daxil olsa da, “Qəbələ”nin hücumlarının kəsəri azalmayıb. Bu da öz nəticəsini 75-ci dəqiqədə verib. 17 yaşlı Emin Zamanov komandasının ikinci qolunu vurub – 2:0. Beləliklə, “Qəbələ” Antalya toplanışında 3-cü qələbəsini qazanıb.
Qeyd edək ki, bu il Antalyada PSV-nin (Hollandiya) ikinci komandası ilə qolsuz heç-heçə edib, Türkiyə “Əskişəhərspor”una 1:3, Rusiya “Kuban”ına 0:2 hesabı ilə uduzan Roman Qriqorçukun komandası “Vorskla”nı (Ukrayna) 2:1, “Adanaspor”u (Türkiyə) 3:2 hesabı ilə məğlub edib.