- Baxış sayı: 28
- 31 Mart 2026 17:12
- Baxış sayı: 708
- Mart 30, 2026
- 0

“Sumqayıt” 2021/22 mövsümü üçün daha bir futbolçunu heyətinə cəlb edib. Allsport.az xəbər verir ki,son mövsümü “Qəbələ”də keçirmiş yarımmüdafiəçi Roman Hüseynovla 1 illik müqavilə imzalanıb.
Hüseynov “20” nömrəli formada çıxış edəcək. Roman Hüseynov “Qəbələ” (35 oyun, 2 qol) və “Kəpəz”in (11 oyun) uğurları üçün çalışıb. 23 yaşlı yarımmüdafiəçi Azərbaycanın U-17, U-19 və U-21 millilərində çıxış edib.
Bu mövsüm ölkəmizi konfrans liqasında təmsil edəcək “Sumqayıt” bu yay Yusif Nəbiyev, Xəzər Məhmudov və Tərlan Əhmədlini də transfer edib.