“Qəbələ”nin aparıcı oyunçusu Afinadakı oyunu buraxacaq

“Qəbələ”nin futbolçusu Rafael Santos Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın “Panatinaikos” klubu ilə cavab oyununu buraxacaq. Allsport.az xəbər verir ki, buna onun Afina təmsilçisi ilə ötən gecə Bakıda baş tutan ilk matçın 49-cu dəqiqəsində sarı vərəqə alaraq cəzalı duruma düşməsi səbəb olub.

Qeyd edək ki, Santos bundan əvvəl Avroliqanın ikinci təsnifat mərhələsində “Çukariçki” ilə oyunlarda sarı vərəqə ilə cəzalandırılmışdı. Bu, onun cari mövsümdə üçüncü sarı vərəqəsi olduğundan, braziliyalı futbolçu bir oyun buraxmaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, “Qəbələ” ilə “Panatinaikos” arasındakı cavab matçı avqustun 27-də Afinada keçiriləcək.

Həmin kateqoriyadan