- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Avqustun 27-də UEFA Avropa Liqasının pley-off mərhələsinə yekun vurulacaq. Allsport.az xəbər verir ki, cavab oyunları çərçivəsində keçiriləcək qarşılaşmada “Qəbələ” Yunanıstanın “Panatinaikos” klubu ilə görüşəcək.
Bakıda keçirilən ilk matçda qolsuz heç-heçə ilə kifayətlənən “qırmızı-qaralar” qrup mərhələsinə vəsiqə uğrunda həlledici matçı səfərdə keçirəcək. Afinada keçiriləcək qarşılaşma Apostolos Nikolaidis stadionunda baş tutacaq. Bu matç komandamızın avrokuboklarda yubiley – 10-cu oyunu olacaq.
Bunadək 9 görüşə çıxan “Qəbələ” bütün oyunlarını UEFA Avropa Liqasında keçirib. Avrokuboklardakı debüt ilində – 2014/15 mövsümündə iki matç keçirən komandamız cari mövsüm artıq 7 oyunda iştirak edib. Bu 9 matçda “Qəbələ” 3 qələbə qazanıb, 2 heç-heçə edib və 4 dəfə uduzub. Bu matçlarda komandamız 7 qol vurub, 9-nu buraxıb. “Qəbələ”nin qollarını 4 futbolçu vurub. Cavid Hüseynov 3, Sergey Zenyov 2, Aleksey Antonovla Asif Məmmədov hərəyə 1 dəfə fərqlənib.
Avrokuboklarda ən çox oyun keçirənlər isə əvvəlki 9 matçın hamısında iştirak edən Dodo və Rafael Santosdur. Lakin sonuncu cəza üzündən Afinadakı qarşılaşmanı buraxacaq.
UEFA Avropa Liqası
Pley-off mərhələsi
Cavab oyunu
27 avqust
23:00. “Panatinaikos” (Yunanıstan) – “Qəbələ”
Baş hakim: İvan Krujilak (Slovakiya)
Yan xətt hakimləri: Tomas Somolani, Tomas Mokoş (hər ikisi Slovakiya)
Ehtiyat hakim: Peter Kraloviç (Slovakiya)
Hakim inspektor: Manuel Mexuto Qonzales (İspaniya)
UEFA nümayəndəsi: Volfqanq Tiyerixter (Avstriya)
Afina. Apostolos Nikolaidis stadionu
İlk oyun – 0:0