- Baxış sayı: 60
- 04 Dekabr 2025 21:18
- Baxış sayı: 81
- Dekabr 05, 2025
- 0

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ” ilə Almaniyanın “Borussiya” (Dortmund) klubu arasında keçiriləcək oyunun hakimləri açıqlanıb. Allsport.az xəbər verir ki, UEFA bu qarşılaşmanı Xorvatiyadan olan hakimlərə həvalə edib.
Matçın baş hakimi İvan Bebek olacaq. Ona Tomislav Petroviçlə Miro Qrqiç yardım göstərəcək. Dördüncü hakim funksiyasını isə Qoran Pataki yerinə yetirəcək.
Qeyd edək ki, “Qəbələ” – “Borussiya” matçı oktyabrın 22-də “Bakcell Arena”da keçiriləcək və saat 20:00-da start götürəcək.