“Qəbələ”nin ehtimal rəqibləri

“Qəbələ”nin U-19 komandasının gənclər liqasında potensial rəqibləri və oyunlarının vaxtı açıqlanıb. Allsport.az saytı xəbər verir ki, rəqib avqustun 31-də püşkatmada bilinəcək. “Qırmızı-qaralar” ilkin mərhələnin 1-ci qarşılaşmasını sentyabrın 29-da, cavab oyununu oktyabrın 20-də keçirəcək. Koronavirus pandemiyası üzündən ləğv edilən ötən mövsümündə “Qəbələ”nin Şimali Makedoniyanın “Şkendiya” klubu ilə görüşü baş tutmamışdı.

“Deportivo La Korunya” (İspaniya), “Köln” (Almaniya), “Empoli” (İtaliya), “Anje” (Fransa), “Benfika”(Portuqaliya) , “Genk” (Belçika), “Şaxtyor” (Donetsk, Ukrayna), AZ (Alkmaar, Niderland), “Trabzonspor” (Türkiyə), “Zaltsburq” (Avstriya) , “Midtüllan” (Danimarka), “Reyncers” (Şotlandiya) , “Sparta” (Praqa, Çexiya), APOEL (Kipr), “Yanq Boyz” (İsveçrə), PAOK (Yunanıstan);

“Srvena Zvezda” (Serbiya), Hayduk” (Xorvatiya), “Hammarbü” (İsveç) “Rosenborq” (Norveç), “Makkabi” (Hayfa, İsrail), “Kayrat” (Qazaxıstan), “Minsk” (Belarus), “Septemvri” (Sofiya, Bolqarıstan), Csikszereda “Merkurya Çuk” (Rumıniya), “Poqon” (Polşa), “Jilina” (Slovakiya), “Domjale” (Sloveniya), MTK (Budapeşt, Macarıstan), “Jalgiris” (Litva), “Akademiya-04” (Ermənistan).

Həmin kateqoriyadan