- Baxış sayı: 35
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin Rusiya millisinin baş məşqçisi olmaq istəyir. Allsport.az saytı xəbər verir ki, AÇ-2016-dakı uğursuzluqdan sonra Leonid Slutskinin istefası nəticəsində şimal qonşularımızın yığma komandası baş məşqçisiz qalıb.
Bundan istifadə edən Syomin yenidən Rusiya millisinin sükanı arxasına keçmək istədiyini bəyan edib. O, bunu yerli mətbuata açıqlamsında söyləyib.
Qeyd edək ki, mütəxəssis 11 il əvvəl Rusiya seçməsini çaışdırıb. Amma komandasını DÇ-2006-ya çıxara bilməyib.