- Baxış sayı: 69
- 24 Mart 2026 15:23
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qəbələ” ilə Yunanıstanın “Panatinaikos” klubu arasındakı cavab matçının hakim təyinatları açıqlanıb. Allsport.az xəbər verir ki, UEFA Afinada keçiriləcək həmin qarşılaşmanı slovakiyalı hakimlərə həvalə edib.
Matçın baş hakimi İvan Krujlyak olacaq. Ona yan xətt hakimləri Tomaş Somolani ilə Tomaş Mokoş yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Peter Kraloviç yerinə yetirəcək.
Qeyd edək ki, “Panatinaikos” – “Qəbələ” matçı avqustun 27-də Afinada, “Apostolos Nikolaidis” sdadionunda keçiriləcək. Bu komandalar arasında Bakıda keçirilmiş ilk oyunda tərəflər qol vura bilməmişdilər – 0:0.