- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Avropa Liqasının pley-off mərhələsində “Qəbələ”nin rəqibi olan Yunanıstanın “Panatinaikos” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Allsport.az xəbər verir ki, Afina klubu əlcəzairli futbolçu Mehdi Abeyd ilə münasibətlərini rəsmiləşdirib.
Vaxtilə icarə əsasında bu komandada çıxış etmiş İngiltərənin “Nyukasl” klubuna məxsus futbolçu bu dəfə transfer hüququ ilə birgə Yunanıstan təmsilçisinə keçib. Afina təmsilçisi onunla üç illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Əlcəzair yığmasının üzvü “Qəbələ” ilə oyunlar üçün sifariş olunmadığından komandamıza qarşı oynaya bilməz.