- Baxış sayı: 69
- 24 Mart 2026 15:23
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0
Avropa Liqasının pley-off mərhələsində “Qəbələ”nin rəqibi olan Yunanıstanın “Panatinaikos” klubu sabah yoxlama oyunu keçirəcək. Allsport.az xəbər verir ki, Afina təmsilçisi İspaniyanın “Real Sosyedad” komandası ilə qarşılaşacaq.
Matç İspaniyada keçiriləcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək. Baş məşqçi Yannis Anastasiu bu oyun üçün İspaniyaya 22 futbolçu aparıb.
Qeyd edək ki, “Qəbələ” ilə “Panatinaikos” arasındakı ilk oyun avqustun 20-də Bakıda, cavab görüşü isə bir həftə sonra Afinada keçiriləcək.