- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Yunanıstan çempionatında ilk turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində “Qəbələ”nin rəqibi olan “Panatinaikos” da ölkə birinciliyində yeni mövsümün ilk matçına çıxıb.
Afina təmsilçisi səfərdə “Panaitolikos”la qarşılaşacaq. Matçda hesabı 44-cü dəqiqədə penaltidən fərqlənən meydan sahibləri açıblar. Amma 51-ci dəqiqədə Nikos Karelis, 84-cü dəqiqədə isə Markus Berqin vurduğu qollar “Qəbələ”nin rəqibinə səfərdə əzmkar qələbə qazandırıb.
“Panatinaikos” bu görüşdə aşağıdakı heyətlə mübarizə aparıb: Luk Stil, Georgios Kutrubis, Anastasios Laqos (Serxio Sançes, 74), Markus Berq, Zeka, Nikos Karelis (Nikolas Kaltsas, 83), Efstatios Tavlaridis, Nano, Xristos Burbos, Sotiris Ninis (Mladen Petriç, 74), Daniyel Pranyiç.
Qeyd edək ki, “Panatinaikos”la “Qəbələ” arasında Bakıda keçirilmiş ilk oyun qolsuz başa çatıb. Cavab görüşü isə avqustun 27-də Afinada keçiriləcək.