- Baxış sayı: 60
- 03 Fevral 2026 19:20
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun oyunları keçirilib. Allsport.az xəbər verir ki, “Qəbələ”nin yer aldığı C qrupunda da bir görüş baş tutub.
Təmsilçimizin doğma meydanda Almaniyanın “Borussiya” (Dortmund) klubuna 1:3 hesabıyla uduzduğu gecədə Yunanıstan PAOK-u doğma meydanda Rusiya “Krasnodar”ı ilə üz-üzə gəlib. Bu matçda qalib müəyyənləşməyib – 0:0.
Qeyd edək ki, bu nəticələrdən sonra C qrupunda “Borussiya” 7 xalla 1-ci, “Krasnodar” 4 xalla 2-cidir. PAOK-un 2, “Qəbələ”nin 1 xalı var.