- Baxış sayı: 32
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Yeniyetmələr, gənclər və kişilər arasında sambo üzrə Azərbaycan çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, “Qəbələ” idman klubunun təmsilçiləri yarışda 13 medal qazanıblar.
Yeniyetmələrdə Fərid Zərbəliyev (53 kq), Musaxan Gülməmmədov (64 kq) və Toğrul İbrahimov (79 kq) bütün rəqiblərinə qalib gəliblər. Rəşad Əhmədov (53 kq) və Pünhan Göyüşov (71 kq) yalnız finalda uduzublar. İbrahim İsayev (64 kq) və Qismət Məmmədzadə (79 kq) 3-cü yer tutublar.
Gənclərdə Sahib Babayev (58 kq), Mövlan Nadirov (71 kq) və Murad Bəşirov (79 kq) bürünc medalq azanıblar.
Ustalarda Kənan Babayev (58 kq) 2-ci, Eyvaz Baxşıyev (64 kq) və Elgiz Salayev (71 kq) 3-cü olublar.