- Baxış sayı: 38
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 128
- Noyabr 28, 2024
- 0
“Qəbələ” AFFA tərəfindən təşkil olunan “Gənclər kuboku”nun qalibi olub. Allsport.az saytı xəbər verir ki, bu gün U-19 komandası finalda “Sabah”la qarşılaşıb.
Matç Bayılda “ASCO arena”da baş tutub. Əsas vaxtı qolsuz bitən görüşün taleyi əlavə vaxtda həll olunub. Famil Xəlilovun baş məşqçisi olduğu əyalət komandası 1:0 hesablı qələbə qazanıb. Həlledici qolu 102-ci dəqiqədə baş zərbəsi ilə Mehrac Baxşalı vurub.
Bu, “Qəbələ”nin qazandığı 2-ci kubokdur. U-19-dan öncə U-17-də ən güclü adını qazanıb. Komandamız “U-17 Kuboku”nun qalibi adına yiyələnib.
Xatırladaq ki, U-19 1/4 finalda “Keşlə”ni (3:2, 3:1), yarımfinalda “Qarabağ”ı (1:1, 3:2) mübarizədən kənarlaşdırıb.