- Baxış sayı: 15
- 31 Mart 2026 19:37
- Baxış sayı: 726
- Mart 30, 2026
- 0

“Qəbələ”nin yarımmüdafiəçisi Kamal Mirzəyev karyerasını Küveytdə davam etdirəcək. Allsport.az saytı xəbər verir ki, 24 yaşlı futbolçu “Əl-Salmiyə” klubu 1-illik rəsmi müqaviləyə bağlayıb.
Bu komanda yayda Bakıda təlim-məşq toplanışında olub. Qarşı tərəf həmyerlimizi “qara-qırmızılar”la sınaq matçında bəyənib. Kamal U-21 millisində, AzAL, “Sumqayıt” və “Zirə”də də çıxış edib.