- Baxış sayı: 40
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

Rusiyanın “Krasnodar” klubunun yarımmüdafiəçisi Maurisio Pereyra Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib:
“Əhvalım yaxşıdır. İki məqamdan çox razı qaldım. Bunlardan birincisi vacib qələbəyə imza atmağımızdır. İkincisi isə mənim qol vurmağımdır. Mənim üçün bu, çox vacib idi. Qrupda birinci olmaq üçün qələbə qazanmaq istəyirdik. Artıq istirahətə əla əhval-ruhiyyədə yollana bilərik”.