- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

“Araz-Naxçıvan” səfərdə “Neftçi” ilə heç-heçə edib – 2:2.
Allsport.az xəbər verir ki, muxtar respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra bunu deyib:
“Maraqlı oyun alındı. Yaxşı, mübarizəli görüş oldu. Yaxşı komandaya qarşı oynayacağımızı bilirdik, komandamızı da bu çətin, ağır səfər matçına kökləmişdik. Futbolçularım meydanda yaxşı iş gördülər. Qələbə də qazana bilərdik, meydanı xalsız da tərk edə bilərdik.
Müdafiənin mərkəzində oynaya biləcək futbolçularımız var, onlar universaldırlar. Ona görə mərkəz müdafiəçisi mövqeyi ilə bağlı çətinlik yaşamayacağımızı düşünürəm”.