“Qarabağ” Azərbaycan futbolu tarixində 2-ci dəfə ÇL-in əsas qrupunda!

Bu gün “Qarabağ” çempionlar liqasının pley-offunun cavab oyununda evdə Macarıstanın “Ferensvaroş” klubunu qəbul edib. Allsport.az saytı xəbər verir ki, həlledici görüşə qonaqlar fəal başlayıblar və artıq 12-ci dəqiqədə Jozef Lenni ilə hesabı açıblar. “Yaşıl qartallar” qoldan sonra da dayanmayıb, “kəhər atlar”ı öz “tövlə”sinə sıxıb. Amma tağımımız mübarizədən qopmayıb, əks hücumlarla rəqibin belini qırıb.

25-ci dəqiqədə sol cinahda Nəriman Axundzadədən ötürmə alan Leandru Andrade ağıllı hərəkətlə topu nəzarətsiz qalmış sahəyə göndərib. Oyunun axarını aşağı salıb nəzarəti ələ alan “Qarabağ” 45-ci dəqiqədə növbəti dəfə fərqlənib. Sağ cinahda ilk qolun müəllifindən çəpəki ötürmə alan Abdullah Zubir bir toxunuşla topu qapıya vurub.

2-ci hissənin əvvəli də eyni ssenari ilə başlayıb. Kobud oyuna görə “Ferensvaroş” 11-metrlik cərimə zərbəsi vurmaq hüququna yirələnib. Barnabaş Varqa penaltini dəqiq yerinə yetirib (55 dəq). “Kəhər atlar” oyunun cilovunu əlində saxlamağa çalışsa da, 81-ci dəqiqədə qapısını qoruya bilməyib.

Mateus Silva meydanın sol hissəsində rəqibə qarşı kobud oynayıb. Aleks Tot uzaq məsafədən cərimə zərbəsini mükəmməl yerinə yetirib – top havadan birbaşa uzaq doqquzluğa düşüb – 3:2. Son dəqiqələrdə “yaşıl qartallar” 2 dəfə də fərqlənə bilərdilər, amma Mateuş Koxalski heyratamiz qurtarışları il buna imkan verməyib.

Beləliklə, “Qarabağ” 8 ildən sonra 2-ci dəfə ÇL-in qrup mərhələsinə vəsiqə qazanıb. İlk oyunda Qurban Qurbanovun komandası Budapeştdə rəqibi 3:1 yenmişdi.

Həmin kateqoriyadan