- Baxış sayı: 15
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0
“Əminliklə deyə bilərəm ki, həm sabah, həm də qarşıdakı matçlarda futbolçularımız qələbə qazanmaq, tarix yazmaq üçün əllərindən gələni edəcəklər”.
Allsport.az xəbər verir ki, bunu Azərbaycan komandasının baş məşqçisi Fernandu Santuş İslandiya yığmasına qarşı keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyunundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis qarşılaşmaya yüksək motivasiya ilə hazırlaşdıqlarını bildirib: “Sabah seçmə mərhələnin ilk oyununa çıxacağıq. Hamı birinci matçda uğurlu nəticə qazanmaq istəyir. Rəqibi təhlil etmişik, çox yaxşı təşkilatlanıb. Topa sahib olmağı xoşlayan komandadır. İslandiya millisi haqqında bütün məlumatları futbolçularımıza çatdırmışam. Oyunboyu təslim olmurlar, futbolçuları yerli publikanın dəstəyini daim hiss edirlər. Çox yaxşı çempionatlarda çıxış edən təcrübəli oyunçuları var. Millinin əsasını ölkə xaricində oynayanlar təşkil edir. Amma biz də qələbə qazanmağa çalışacağıq. Sabahkı görüşə tam hazır olacağıq. Əsas odur ki, futbolçularımız çox istəklidirlər, tam şəkildə kökləniblər. Hər biri Azərbaycan xalqını qələbə ilə sevindirmək istəyir”.
İslandiya – Azərbaycan görüşü sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.