- Baxış sayı: 39
- 22 Mart 2026 15:50
- Baxış sayı: 253
- Mart 22, 2026
- 0

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola çempionlar liqasının əsas mərhələsinin 6-cı turunda “Yuventus”a məğlubiyyətdən (0:2) danışıb.
Allsport.az xəbər verir ki, ispan mütəxəssis məğlubiyyətdə müdafiəçilərini günahlandırmır:
“Bugünkü hesabın müdafiədəki səhvlərdən olduğunu düşünmürəm. Digər oyunlarda bəli, amma bu gün yox. Artıq daha yaxşı oynayırıq.
Təbii ki, matçlarımızı təhlil edirəm. Həm yaxşı, həm də pis anlarda özümə suallar verirəm. Qələbə qazanmaq üçün çıxış yolu axtarıram.”
Bu məğlubiyyət “şəhərlər” üçün son 10 oyunda 7-ci olub.