- Baxış sayı: 26
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 87
- Noyabr 21, 2024
- 0
Azərbaycan premyer liqasının XIV turunun “Kəpəz” – “Araz-Naxçıvan” oyunundan (0:2) sonra qonaqların baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransında iştirak edib.
Allsport.az xəbər verir ki, Naxçıvan təmsilçisinin çalışdırıcısı oyun haqda bunu deyib:
“Çətin olacağını bilirdik. “Kəpəz” son oyunlarda yaxşı çıxış edirdi. Çempionatda yaranmış fasiləyə görə komanda da oyun ritmindən düşmüşdü. İdeal oynamasaq da, qələbə qazanmaq üçün hər şeyi etdik. Qarşıdakı oyunlara hazırlaşacağıq.
Oyuna köklənmək baxımından sıxıntımız yoxdur, sadəcə bəzi futbolçularımız bu müddətdə komandadan kənarda qalmışdı. Qapıçımız Kristian Avram gecə komandaya qoşuldu. Bunlarla bərabər, “Kəpəz”i də unutmaq olmaz.
Üzərimdə təzyiq hiss etmirəm. Əgər mən təzyiq hiss etmirəmsə, futbolçularım da bunu hiss etməyəcəklər.
Urfan Abbasov özünü narahat hiss etdiyinə görə Tovuza gətirmədik. Zədəli deyil, süni meydana buraxmaq baxımından ehtiyat etdik. Mustafaya gəldikdə, məncə, onunla bağlı çox danışılır. Bu futbolçu bərkiməlidir, üzərində çox işləməlidir”.