- Baxış sayı: 23
- 05 Dekabr 2025 11:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

“Neftçi” premyer liqanın X turunda evdə “Kəpəz”i darmadağın edib – 5:1. Allsport.az xəbər verir ki, görüşdən sonra “xalq komandası”nın baş məşqçisi Samir Abbasov mətbuat konfransında iştirak edib:
“Təbii ki, Abubakarın böyük rolu var. Uşaqlar təcrübəli futbolçunun oyununa uyğunlaşmağa çalışırlar. Amma təkcə bu gün yox, bütün matçlarda istəkli olmuşuq, hətta daha yaxşı oynadığımız da olub.
Keçən dəfə də dedim, konfransı bir futbolçuya həsr edəcəyiksə, digər uşaqlara haqsızlıq etmiş olacağıq. Nəticədən razı qaldım, amma bəzi epizodlarda aşırı fərdi oynayırıq. Bununla belə, qələbədən sonra çox şeyə göz yummaq olar”.