- Baxış sayı: 33
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

“Kəpəz” premyer liqanın XII turunda səfərdə “Karvan-Yevlax”dan güclü olub – 2:1.
Allsport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra bunu deyib:
“Yevlaxı böyük futbolun qayıtması münasibəti ilə təbrik edirəm. Qələbəmizi hər iki valideynini itirən Nilaya həsr edirik. Bir neçə gün əvvəl ad günü idi. Oyuna gəlincə, bizim üçün çox çətin oldu. Bilirdik ki, “Karvan-Yevlax” daha istəkli futbol nümayiş etdirəcək. Səfərdə azarkeşlərin önündə oynamağın nə qədər çətin olduğunu da gördük. Buna görə onlara xüsusi təşəkkür düşür. Maraqlı oyun oldu. Çoxlu qol epizodlarımız oldu. Təəssüf ki, imkanları reallaşdırmaqda bir qədər problemlərimiz var”.