- Baxış sayı: 23
- 05 Dekabr 2025 11:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

“Kəpəz” premyer liqanın VIII turunda səfərdə “Şamaxı”nı darmadağın edib – 4:1.
Allsport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov mövsümdə qazanılan ilk qələbəni belə şərh edib:
“Qələbəni azarkeşlərimizə həsr edirik. Xüsusən də Babək adlı azyaşlı azarkeşimizə. Gəncədən çıxarkən mənə mütləq qələbə qazanacağımıza inandığını bildirdi. Çətin oyun olacağını bilirdik. Bu stresdən, gərginlikdən çıxmağın yollarını axtarırdıq. İnanıram ki, bu bir açar olacaq. Yaxşı formalaşmış komandaya qarşı oynadıq. “Şamaxı” necə oynamaq lazım olduğunu bilir. Biz də təhlillərimizi aparmışdıq. Şükürlər olsun ki, qələbə qazandıq, azarkeşlərimizi sevindirdik”.