- Baxış sayı: 27
- 03 Dekabr 2024 19:58
- Baxış sayı: 285
- Dekabr 02, 2024
- 0
“Kəpəz” premler liqanın 9-ci turunda Tovuzda “Neftçi”ni 4:3 üstələyib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında şərti meydan sahiblərinin baş məşqçisi Azər Bağırov bunu söyləyib:
“İlk növbədə şəhidlərimizi anmaq istəyirəm. Bildiyiniz kimi bu gün Vətən müharibəsində Gəncəyə atılan ilk raket zərbələrindən 4 il keçir. Biz dünən bazada bu hadisələr ilə bağlı futbolçulara video izlətdik. Allah şəhidlərimizə rəhmət eləsin, qaziləri isə cansağlığı versin.
Oyuna gəlincə, qələbə qazandığımız üçün sevincliyik. Qələbənin “Neftçi” üzərində olmasını xüsusilə vurğulamaq istərdim. Bilirdik ki, doğru yoldayıq. Atdığımız addımlar yaxşı nəyəsə gətirib çıxaracaq. İstədiyimizi həm birinci hissədə, həm də ikinci hissədə etdik.
Fasilədən sonra daha sığortalı oynamağa çalışdıq. Qol epizodlarımız oldu. Futbolda bəzən olur ki, ələ düşən bütün fürsətlərdən yararlana bilirsən. İnanmaq lazımdır, hər şey inamdan asılıdır. Mənə elə gəlir ki, uşaqları inandıra bilmişik”.