- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 176
- Fevral 06, 2026
- 0

“Sabah” premyer liqanın 24-cü turunda öz meydanında lider “Neftçi”ni büdrədib. Allsport.az saytı xəbər verir ki, komandanın baş məşqçisi Ramin Quliyev 2:2 bitən matçda böyük üstünlüyü əldən verdiklərinə çox üzülüb:
“Bu oyuna çox ciddi hazırlaşmışdıq. Rəqibin güclü və zəif cəhətlərini bilirdik. Oyunun əvvəli bizim üçün yaxşı keçdi. Bunu hesabda 2:0 öndə olmağımıza görə yox, ümumi göstərdiyimiz oyuna görə deyirəm. Fikrimcə, qələbəyə biz daha layiq idik. Düşünürəm ki, bu gün rəqib 1 xal qazandı”.